Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalar başlanılıb.
Bu barədə AzerTimes-a Heydar Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:
“Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.
Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.