Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.
Bu barədə AzerTimes-a hava limanından bildirilib.
Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.