Bakı ABŞ-ın siyasətinin episentrinə çevrilir – Xaçikyan

Bakı ABŞ-ın siyasətinin episentrinə çevrilir – Xaçikyan

Bakının Qərb platformalarında danışıqlar aparmaq istəməməsi təəccüblüdür, çünki əslində mənəvi qınaqlardan başqa Qərb Azərbaycana heç bir real təzyiq göstərmir.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

“Bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər: ABŞ öz maraqlarını müstəsna olaraq Azərbaycanda görür. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa Azərbaycan neft və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğu, Vaşinqtonun regionu Rusiya və İranın təsirindən çıxarmaq məqsədi güddüyünü bildirən məqalə dərc olunub. Qeyd olunurdu ki, ABŞ nümayəndələri Bakını Qafqazda əsas müttəfiqi kimi görür və Azərbaycanın başçılıq etdiyi Qafqazda Vaşinqtonun hökmranlığı olacaq. Bakı ABŞ-ın regiondakı siyasətinin episentrinə çevriləcək”, – o bildirib.

Xaçikyanın sözlərinə görə, Fransa mediası da Qərbin Ermənistana real dəstək verməsi perspektivinin olmamasından yazır:

“Avropa da regionda maraqlarının Azərbaycanın neft və qazı olduğunu açıq şəkildə ortaya qoyub. Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, amma Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur”.

Teqlər: