Bakı 5 ermənini verməklə İrəvana “ötürmə” etdi

Bakı 5 ermənini verməklə İrəvana “ötürmə” etdi

Azərbaycan 5 ermənini Ermənistana təhvil verdi: Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı.

İrəvan razılaşmanın humanitar bəndinə uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verəcəkmi, yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atacaqmı?!

Təcrübə müsbət cavab gözləntisini azaldır, hərçənd:

– Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “ötürmə etdi” və bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi;

– Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt Əliyev Mişelin bir addım önə çıxmasına şərait yaratdı və bununla ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını verdi: bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər.

Teqlər: