Bakı 4 kəndi tələb edir: biz isə 32 kənd… – Nikol yenə “oynayır”

Bakı 4 kəndi tələb edir: biz isə 32 kənd… – Nikol yenə “oynayır”

Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun Yeni Bəyaziddə (indiki Qavar) keçirilən iclasında deyib.

“Başkənd 30 ildir ki, Azərbaycanın işğalı altındadır. Biz deyirik ki, kənd öz doğma limanına qayıtsın? Bəli, deyirik. İki variant var. Bizim sərhəd xəttimiz var və bu sərhəd xəttindən kənarda yerləşən eksklav Ermənistan Respublikasının yurisdiksiyasına qayıtmalıdır. Lakin bunun üçün praktik olaraq biz anlamalıyıq ki, bu eksklavın sərhədi harada məhdudlaşır; bu onun sərhədini dəqiqləşdirməliyik ki, prosesi təşkil edə bilək. Başkəndin sahəsi nə qədərdir? Yerdə heç bir xətt yoxdur – bu xətti çəkmək lazımdır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”, – Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan “32 kənd məsələsi” ilə sadəcə olaraq manipulyasiya edir. “32 kənd” dediyi ərazilər işğal olunmayıb, sadəcə, “nəzarət edilir” ki, bu da heç bir halda mübahisə predmeti ola bilməz. Yüksəkliklər Azərbaycan ərazisidir və əgər bu erməni kəndləri Azərbaycana aid yüksəkliklərin yaxınlığında yerləşirsə, bunun eksklavların qaytarılmasına hansı aidiyyəti və ümumiyyətlə, nə müzakirəsi ola bilər?

Görünür, Paşinyan yenə də vaxtilə Şuşada etdiyi kimi, “oynamağa” başlayıb – ancaq bu dəfə siyasi müstəvidə.

Teqlər: