Bu gün biz həm təhlükəsizlik, həm də danışıqlar baxımından çətin vəziyyətdəyik, lakin sülh gündəmimizdən bir addım geri çəkilməyə haqqımız yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaqarşak Akopyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh sazişi Ermənistana təhlükəsizlik gətirəcək əsas şərtdir.
Azərbaycanın 32 əsiri geri qaytarması ilə bağlı jurnalistlərin sualını cavablandıran Akopyan bildirib ki, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsini dəstəkləməsini ilkin şərt saymaq olmaz:
“Bu, qarşılıqlı razılaşmanın nəticəsidir və mən özüm də bu addımı alqışlayıram. Hər iki ölkə qarşılıqlı anlaşmaya malikdir ki, sülhün alternativi yoxdur. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir”.