Bakı-2017 qaliblərinin medalları

Bakı-2017 qaliblərinin medalları

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında qalib idmançılara təqdim olunacaq medalları nümayiş etdi.

“Qafqazinfo” xəbər verir ki, xüsusi olaraq hazırlanmış medallar dəsti Bakı 2017 oyunları üçün püşk atma mərasimindən sonra baş tutan mərasimdə Gənclər və İdman Naziri və AİHOƏK-nin Baş İcraçı Direktoru cənab Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl-Səudə təqdim edilib.

Mərkəzində Bakı 2017 oyunlarının loqosu olan qızıl, gümüş və bürünc medalların dizaynının ifadə etdiyi əsas fikir ənənəvi Azərbaycan xalça naxışlarında rast gəlinən İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanır.

Ölkənin zəngin mirasını simvolizə edən və çox zaman mühüm tarixi məqamları əks etdirən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini – sülh, birlik, hörmət və mükəmməlliyi nümayiş etdirmək məqsədilə zərif şəkildə bir-biri ilə əlaqələndirilib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

islam-oyun-medal