Azərbaycanın ötən gün geri qaytardığı 17 hərbi əsirlə bağlı yeni məlumat yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediasına danışan Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan hazırda 10 hərbçinin sorğu-sual olunduğunu, 7 nəfərin isə müalicə edildiyini bildirib.
Onun sözlərinə görə, 17 hərbçi arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlbə yaraları qalıb.
Tadevosyan bildirib ki, Azərbaycanda erməni əsirlərə heç bir işgəncə verilməyib.
Qeyd edək ki, Bakı 13-14 sentyabr toqquşmalarında əsir götürülən 17 erməni hərbçini ötən gün geri qaytarıb.