Bakı 100-ə qədər erməni hərbçisinin cəsədini birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bəyan edib.
Bu açıqlamadan çıxan nəticələr:
– Cəsədlər Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərdə qalıb;
– Hücum edən tərəfin Ermənistan olduğunu təsdiq edir: cəsədlərin bir qismi hücum zamanı məhv edilənlərdir;
– Ordumuz əks-hücumla yeni mövqelər əldə edib: cəsədlərin bir qismi cavab hücumu zamanı məhv edilənlərdir;
– Bu, Ermənistan tərəfinin itkilərinin miqyasını göstərir: 100 cəsəd təhvil verilirsə, ən azı o qədəri hələ də qalır; hərbi infrastruktura endirilən zərbələr nəticəsində məhv edilənləri də nəzərə alsaq, rəqəm yüzlərlə ölçülə bilər.