“Baker Hughes” “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə fəaliyyətin detallarını açıqlayıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

ABŞ-ın “Baker Hughes” şirkəti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işə düşməsindən etibarən kəşfiyyat və hasilat mərhələlərində iştirak edir.

Bunu AzerTimes-a şirkətin Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Tommi Kassem deyib.

O bildirib ki, həmin layihələr şirkətin müəssisələri tərəfindən quyu mənbəyinin möhkəmləndirilməsi sistemlərinin quraşdırılması, sualtı və suüstü idarə sistemlərinə texniki xidmət göstərilməsi yolu ilə dəstəklənir:


“Biz, həmçinin Azərbaycanın şelfində işləyirik və quyuların təmiri, boru kəmərləri və texnoloji proseslər üzrə xidmətlər icra edirik. “

Qeyd edək ki, “Baker Hughes” 120-dən çox ölkədə fəaliyyət göstərir.

Teqlər: