Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib (FOTO)

Bakcell və ASAN könüllüləri Tovuz rayonunun bir neçə kəndində yaşayan aztəminatlı və şəhid ailələrdən olan uşaqları “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib. ’’ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən təşəbbüsün əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

www.asanmektub.az saytına məktub göndərən 20 nəfər uşağa Bakcell və “ASAN Məktub” sosial proqramı tərəfindən oyuncaqlar və məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində Bakcell və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, Bakcell şirkəti sosial proqrama həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.


Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər