Bakcell jurnalistlər üçün seminar keçirib

Bakcell jurnalistlər üçün seminar keçirib

Bakcell şirkəti jurnalistlər və blogerlər üçün “Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və blogerlərin məlumatlılığını artırmaqdır.

Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloger iştirak edib.

Bakcell əməkdaşlarının iştirakı ilə seminar çərçivəsində “eSIM texnologiyası”, “B2B ekosistemi və onun bazara təsiri”, “VoLTE texnologiyası”, “Mobil rabitə şəbəkəsinin iş prinsipi”, ”Qarabağda Bakcell şəbəkəsinin qurulması və genişlənməsi”, “Qlobal telekommunikasiya trendləri: süni intellekt”, “Korporativ sosial məsuliyyət strategiyası və onun cəmiyyətə faydası” kimi mövzular üzrə təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Şirkət nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.

Qeyd edək ki, Bakcell 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir.

Teqlər: