Bağırsaq florası, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.
Gündəlik iş və problemlər axınında biz bəzən sağlamlığımızın qayğısını çəkməyi unuduruq.
Düzgün olmayan və qeyri-rasional qidalanma, yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların çox qəbul edilməsi, həmçinin qəbul edilən qidaların tərkibində süd məhsullarının və bitki liflərinin kifayət miqdarda olmaması bağırsağın mikroflorasına çox pis təsir edir. Kəskin pəhrizlər də bağırsaq florasına xeyli dərəcədə zərər vurur. Həmçinin mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri (xolesistit, hepatit, pankreatit, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, digər bağırsaq xəstəlikləri), alkoqollu içkilərin qəbul edilməsi, tez-tez baş verən streslər, nəzarətsiz olaraq güclü antibiotiklərin qəbul edilməsi , bağırsaq qurdlarının (helmintlərin) və infeksiya törədən mikrobların (dizenteriya, salmonellyoz və s.) olması, immunitetin zəifləməsi, ekoloji mühitin pisləşməsi, kimyəvi və radioloji terapiya, endokrin xəstəliklər, metabolik dəyişikliklər, sutkalıq bioritmlərin pozulması, bağırsaq motorikasının pozulması və s. bağırsaq mikroflorasının tərkib və miqdarının pozulmasına gətirib çıxarır. Bunların hamısı xeyirli (normal) mikrobların məhv olmasına səbəb olur. Bu zaman faydalı bakteriyaların sayı azalır, xəstəlik törədən mikroorqanizmlərin miqdarı isə artır. İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioza səbəb olur.
Bağırsaq disbakteriozu 21-ci əsrin əsas sosial problemlərindən biri hesab olunur. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin böyük yaşda olan əhalisinin təxminən 90%-i bu xəstəliyə düçar olmuşdur. Disbakteriozun səbəbləri arasında antibiotikləin uzunmüddətli, qeyri-rasional tətbiqi, ətraf mühitin əlverişsiz amillərinin təsiri xüsusi yer tutur. Disbakteriozun əlamətlərinə: İshal ( diareya), çəkinin günü-gündən azalması, anemiya (qan azlığı), iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad, ürəkbulanma, saçların tökülməsi, aqressivlik, tez yorulma aiddir.
Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində uşaqlarda – raxit, boy inkişafının ləngiməsi, böyüklərdə osteoparoz – sümüklərin kövrəkliyi baş verir).
Sağlam orqanizm üçün əvvəlcə həzm sisteminin fəaliyyətini normallaşdırmaq lazımdır. Bağırsaq sağlamlığı üçün vücuddakı faydalı – normal bakteriyaların sayını artırmalı, liflərlə zəngin qidalara üstünlük verilməlidir. Bağırsaqlar işləyərkən normal mikrofloramız xəstəlik törədən bakteriya, virus və onların toksinlərinin, ağır metal kimi bir çox zərərli maddələrin təsirinə məruz qalır. Bunun üçün bağırsaqları gücləndirməliyik. Bağırsaq disbakteriozunun profilaktik tədbirlərinə düzgün qidalanma, qida rasionun zəruri maddələrlə zənginləşdirilməsi (süd məhsulları, bifido- və asidofil bakteriyalardan ibarət maddələr, mayalı içkilər və s.) aiddir. Qidalanma orqanizmə lazım olan maddələrin, vitamin və mineralların tərkibi üzrə balanslaşdırılmalıdır.
Bağırsaq disbakteriozu əksərən antibakterial təsirli dərman preparatlarının qəbulu nəticəsində yarandığından belə hallarda profilaktika məqsədilə farmakoloji vasitələr rasional qaydada təyin olunmalı, infeksiyaların müalicəsinə kompleks yanaşılmalıdır. Uzunmüddətli antibiotikoterapiya zamanı zəruri bakteriyalarla zəngin məhsullardan ibarət pəhriz, göbələkəleyhinə, antihistamin və immunostimuləedici terapiya tətbiq edilir. Disbakteriozun müalicəsinə tərkibində həm mikroorqanizmlər, həm də onların inkişafı üçün zəruri olan komponentlər, faydalı floranın böyümə və çoxalmasını təmin edən maddələr və mikroorqanizmlərin canlı kulturalarından ibarət preparatlar daxil edilməlidir. Bu məqsədlə tərkibində normal mikroflora olan probiotik, onların qilanması üçün maddələr olar prebiotik və hər ikisi bir yerdə olan simbiotik qrup preparatlardan istifadə olunur. Apteklərdə bu qruplara aid çoxlu sayda preparat vardır. Lakin heç bir vasitəni həkim təyinatı olmadan qəbul etmək olmaz. Həkiminiz sizin orqanizminizə, yaş qrupuna, yanaşı xəstəliklərə və şikayətlərə əsasən sizə uyğun olan preparatı tövsiyyə edəcəkdir.
Unutmayın, sağlamlıq bağırsaqdan başlayır.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!