Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Fərhad Fərrux oğlu Babayev vəzifəsindən çıxarılıb.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Məlumata görə, gömrük xidməti polkovniki öz xahişi ilə vəzifəsindən azad olunub.
Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.