Digər ölkələrin İsrailə dəstək verməsi münaqişəyə yeni oyunçuların daxil olmasına səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə söhbətində bildirib.
“Sionist rejimin (İsrail nəzərdə tutulur – red.) cinayətlərinin davam etməsi, ona digər dövlətlərin birbaşa dəstəyi və yardımı vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər”, – Bagiri vurğulayıb.