“Bağdan”ın tomat pastası kifli çıxdı – AQTA araşdırır

“Bağdan”ın tomat pastası kifli çıxdı – AQTA araşdırır

13:47

“Bağdan” brendi ilə satışa çıxan tomat pastalarının kifləndiyi məlum olub.

Bu barədə AzerTimes-a şirkətin məhsulundan istifadə edən alıcı məlumat və foto göndərib.

Onun sözlərinə görə, şirkətin 325 qramlıq bankada satışa çıxardığı və 2027-ci il 9 sentyabra qədər yararlılıq müddəti olduğunu qeyd etdiyi məhsulunu evdə açarkən kifləndiyini görüb.

Məhsulun 9 sentyabr 2024-cü ildə istehsal edildiyi bildirilir. Əgər cəmi 5 aya məhsulda kiflənmə başlayıbsa, onun 2027-ci ilə qədər hansı hala düşəcəyini təsəvvür etmək olar.

Qeyd edək ki, məhsul “Araz” marketlər şəbəkəsindən alınıb və qiyməti 2 manat 29 qəpikdir.

“Bağdan” şirkətinə sorğu göndərilib.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kiflənmiş tomat pastası ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə saytımıza AQTA-dan bildirilib.

“Məsələ AQTA-nın regional bölgəsi tərəfindən nəzarətə götürülüb. Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”, – nəlumatda qeyd edilib.

Teqlər: