İraqın paytaxtı Bağdadın “yaşıl zona” adlanan ərazisi raket hücumuna məruz qalıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, azı üç raket dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb. Raketlərdən ikisi “yaşıl zona”nın ərazisinə, birisi isə kənara düşüb.
Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.