Bağdadda İraq silahlı qüvvələrinə məxsus silah anbarının ərazisində güclü partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” informasiya portalı ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, partlayışa səbəb yanğın olub. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıblar.