Yüzlərlə etirazçı Bağdadın mərkəzindəki yaşıl zonaya soxularaq parlament binasına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.
Məlumata əsasən, şiə din xadimi Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın yaşıl zonasını şəhərdən ayıran beton divarları yararaq parlament binasına soxulub.
Etirazçılar bundan əvvəl də İraqın baş naziri vəzifəsinə Məhəmməd Şiə əs-Sudaninin namizədliyinə etiraz etmək üçün Bağdadın Təhrir meydanına toplaşıb.
Qeyd edək ki, Məhəmməd Şiə əs-Sudaninin namizədliyini şiə “Koordinasiya strukturu” irəli sürüb.