İraqın paytaxtı Bağdadda yenidən etiraz aksiyaları başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, şiə din xadimi Müqtəda əs-Sədrin tərəfdarları baş nazir postuna namizəd Məhəmməd Şiə əs-Sudana etiraz etmək üçün küçələrə çıxıb.
Nümayişçilər beton barrikadaları keçərək yaşıl bölgə və Ədliyyə Nazirliyinin binası istiqamətində hərəkət etməyə çalışırlar.