Bağçalarla bağlı icra hakimiyyəti orqanları qərar qəbul edəcək – Nazirlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ənənəvi tədrisin dayandırılması ilə bağlı bu gün verilmiş qərar hələlik yalnız ümumtəhsil müəssisələrinə aiddir.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində əyani tədrisə başlanılmamışdı. Bu müəssisələrdə tədris distant formada aparılırdı:

“Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyəti orqanları vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”.

Teqlər: