Bağçalarda yerlər məktəbəqədər yaşda olan uşaqların sayından olduqca azdır – Ombudsman

Xəbər - Elçin Mehdiyev – Trend:

Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması,
burada təlim-tərbiyə prosesinin məzmunca yenilənməsi istiqamətində
ardıcıl tədbirlər görülür. Bununla belə, məktəbəqədər təhsillə
əhatə səviyyəsi hələ də tələblərə cavab vermir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə
Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın illik
məruzəsini təqdim edən zaman deyib.

O qeyd edib ki, məktəbəqədər yaşlı uşaqların məktəbəqədər
təhsilinin olması həmin uşağın inkişafına təkan verə biləcək ciddi
amildir.

“Lakin məktəbə hazırlıq üçün dövlət büdcəsindən maliyyələşən
uşaq bağçalarının və oradakı uşaq yerlərinin sayı məktəbəqədər
hazırlıq yaşında olan uşaqların sayından olduqca azdır. Bu da əksər
hallarda azyaşlı övladlarını uşaq bağçalarına yerləşdirmək istəyən
valideynlərin çətinliklərlə üzləşməsinə səbəb olur”, – deyə
S.Əliyeva bildirib.

Teqlər: