Bağçalarda sanitar qaydalara necə əməl olunur? – Trend TV-nin REPORTAJI

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

Trend TV-nin məlumatına görə, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar idarənin tabeliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri geniş təmizlik, tibbi-profilaktik işlər görüblər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tez-tez valideynlərlə əlaqə saxlanılır. Bundan əlavə, həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.

Teqlər: