İran son zamanda yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 4 dəfə artırıb.
AzerTimes-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında deyilir.
Agentliyin məlumatına əsasən, beynəlxalq müşahidəçilər İranın nüvə fəaliyyətindən getdikcə daha çox narahat olmağa başlayırlar.
Şərq KİV-ləri bildirir ki, hazırda İranın 10 kiloqram yüksək zənginləşdirilmiş (60 faizə qədər) uran ehtiyyatı var.
Həmçinin BAEA qeyd edir ki, İran nüvə fəaliyyətinin yoxlanılmasına da mane olur.