Badamlıda həyətyanı sahə yandı

Badamlıda həyətyanı sahə yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Badamlı qəsəbəsində həyətyanı sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, məlumata əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Teqlər: