Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin prosesində yaranıb.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, hazırda ərazidə tədqiqat işləri aparılır:
“Ərazinin quruluşunda iştirak edən çuxurların yuyulmaya həssas olması, mayili yamacın olması və son ayllar əraziyə düşən intensiv atmosfer yağıntıları bu hadisəni qaçılmaz edib.
Hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür.
Ərazidə təbii amillərdən başqa insan təsirləri də var. Belə ki yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib.