Xəbər - Samir Əli – Trend:
Bakının Badamdar qəsəbəsində meyiti tapılan şəxslərdən daha 1 nəfər tələbə olub.
Bu barədə AzerTimes-a Azərbaycan Texniki Universitetinin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib.
O qeyd edib ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi idi. O, Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub.
Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi.
Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
AzTU-nun rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.