Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Əmək bazarının artan tələblərinə uyğun olaraq bacarıqlı işçi qüvvəsinin yetişdirilməsində aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələr aparılır və yeni proqramlar hazırlanır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir:

“30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əməkhaqqı fondu 92 faiz artıb. Məşğulluq orqanları tərəfindən 2 min 300-dən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır”, – deyə S.Babayev vurğulayıb.

Teqlər: