Babayan hədələdi: Azərbaycana inteqrasiyanı kim başlatsa…

Babayan hədələdi: Azərbaycana inteqrasiyanı kim başlatsa…

Qarabağın erməni icması arasında Azərbaycana inteqrasiya meyillərinin artması erməni separatçı-terrorçuları narahat etməyə başlayıb.

AzerTimes xəbər verir ki, separatçıların liderinin “müşaviri” David Babayanın sosial şəbəkədəki paylaşımı bunun bariz nümunəsi hesab edilə bilər.

Babayan bildirib ki, cəmiyyət yaxşı anlamalı və hansı missiya yerinə yetirməli olduğunu təsəvvür etməlidir.

O, Azərbaycana inteqrasiya tərəfdarı olanların mövcudluğunu bu sözlərlə ifadə edib və onları hədələyib:

“Qarabağda özünü Azərbaycanın bir hissəsi sayan insanlar yoxdur. Bir, iki, üç nəfər, belə deyək, sadəlövh, satqın, ələ alınmış hər bir cəmiyyətdə ola bilər, ancaq cəmiyyətin əsas hissəsi buna qarşıdır. Belə düşünmək – sadəcə olaraq ayıbdır. Əgər kimsə Azərbaycana inteqrasiya məsələsini qaldırsa və bunu gündəmə çevirsə, düşünürəm, belə fəaliyyət ən yaxşı halda intihar olar”.

Babayan vəziyyətin çox ağır olduğunu, getdikləri “yolun” çətinliyini də xatırladıb və erməniləri separatizmi davam etdirməyə çağırıb.

Bu, Azərbaycanın erməni icmasına qarşı açıq-aydın təhdiddir və terrora çağırışdır və Ordumuzun erməni icmasını qorumaq üçün separatçılara qarşı tədbirlər görməsini zəruri edir.

Teqlər: