Babayan Ağdamdan tədarük “istəyir” – Məkrli plan

Babayan Ağdamdan tədarük “istəyir” – Məkrli plan

Qarabağdakı separatçı-terrorçu dəstənin keçmiş “təhlükəsizlik şurası katibi”, bir müddət əvvəl həbs edilsə də, ürəyində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən və daha sonra azad olunan Samvel Babayan keçmiş “həmkarları” ilə görüşlərə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Separatçı-terrorçuların başçısı Araik Arutyunyanın yaxın ətrafı ilə görüşən Babayan “dövlət naziri” təyin olunacağı halda vəziyyətdən çıxmaq üçün təkliflər də verib. O bildirib ki, Bakı ilə danışıqlar aparmağa hazırdır. Üstəlik, Ağdamdan Xankəndiyə qida və digər məhsulların tədarükünü da məqbul hesab edir.

Samvel Babayan “dövlət naziri” olacağı halda silahlı dəstəni “gücləndirəcəyi” haqda da vəd verib.

Qeyd edək ki, əli mülki azərbaycanlıların qanına batan Samvel Babayan Birinci Qarabağ savaşının “qəhrəmanı”dır. O, hazırda Bakı ilə danışıqlar aparmaq yolu ilə hansısa status əldə etməyin tərəfdarı kimi çıxış edir.

Teqlər: