Babasından qalan tüfəngi polisə təhvil verdi

Babasından qalan tüfəngi polisə təhvil verdi

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini N.Daşdəmirov bir neçə il əvvəl dünyasını dəyişən babasından qalan, R.Qarayev isə tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.

Teqlər: