Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçer vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra açıqlayacağını bildirib.
Bununla yanaşı, Dinçərin Tvitter profilinə “23-cü dönəm AKP millət vəkili” ifadəsini əlavə etməsi də diqqət çəkib.
Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.