Amerikanın B-52 Stratofortress strateji bombardmançı təyyarələri Yaxın Şərqə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, B-52 Stratofortress strateji bombardmançı təyyarələri artıq CENTCOM-un məsuliyyət zonasındadır.
Qeyd edək ki, İranın İsrailə mümkün hücumu xəbərləri fonunda B-52-lərin Yaxın Şərqə göndərilməsi diqqət çəkib. Bu təyyarələr hər hansı hücumun qarşısını almaq üçün deyil, buna görə də ABŞ-ın 4 ildən sonra B-52-ləri Yaxın Şərqə göndərməsinin çəkindirici vasitə və yaxud İranın mümkün hücumuna cavab hazırlığı olduğu ehtimalları ortaya çıxıb.