Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual zorakılıqdan təqsirləndirilən Elmar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə Elmar Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Teqlər: