Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlı velosipeddə sıxılı vəziyyətdə qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.