AzTV: Rusiya, bunu istəyirdin? Al… – Video

AzTV: Rusiya, bunu istəyirdin? Al… – Video

Dünən Azərbaycan Televiziyasının “Həftə” verilişində Rusiya haqqında tənqidi fikirlər səsləndirilib.

AzerTimes xəbər verir ki, AzTV-nin sədri və verilişin aparıcısı Rövşən Məmmədov Rusiyanın bəzi aparıcı və kanallarının Azərbaycan əleyhinə apardığı təbliğatı cavablandırmaq qərarına gəlib.

“Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın“Birinci” kanalının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır…

Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”, – R.Məmmədov bildirib.

Qeyd edək ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiya tərəfindən işğal olunduğunu ifadə etmək və yaxud Rusiyanın suveren bir ölkənin ərazisində işğalçı savaş apardığını demək üçün “Birinci” kanalın Bakıya qarşı hansısa proqram hazırladığını 242 gün “gözləməyə” ehtiyac yoxdur. Belə çıxır ki, “Birinci” kanal Azərbaycana qarşı təbliğat aparmasa, onda AzTV Luqansk, Donetsk, Xerson və Zaporojyenin işğal olunduğunu deməyəcək və yaxud bunu məqbul sayacaq?

Teqlər: