AzTV mobil tətbiqini istifadəyə verdi

Azərbaycan Televiziyasının mobil əlavəsi istifadəyə verilib.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tətbiq tamaşaçıların günün istənilən saatında istənilən məkanda Azərbaycan Televiziyasını daha əlçatan formada seyr edə bilmələri üçün hazırlanıb.

Mobil əlavəni yükləyənlər AzTV-ni canlı seyr etmək imkanı əldə etməklə yanaşı, həm də kanalın rəsmi internet saytı www.aztv.az-da gündəlik tirajlanan rəsmi, dəqiq xəbərləri, ölkədən və dünyadan hazırlanmış eksklüziv reportajları oxuya, izləyə biləcəklər.

Tətbiqdə AzTV-nin gündəlik və həftəlik proqramı, yayımlanan layihə və filmlərlə bağlı məlumatlar, anonslar da yer alıb.

AzTV-nin verilişlərinin tam buraxılışlarına mobil əlavədən baxmaq mümkündür. Bundan başqa, Azərbaycan Radiosunu da tətbiqi yükləməklə rahatlıqla dinləmək olar.

AzTV-nin mobil əlavəsi ilkin olaraq androidlər üçün nəzərdə tutulub.

AzTV komandası tətbiqin növbəti yeniləmələr üçün yeni funksiyaları üzərində çalışır.

Mobil tətbiqi yükləmək istəyənlər linkə keçid edə bilərlər: https://play.google.com/store/apps/details?id=com.aztv.tabaztv

Teqlər: