AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dünyasını dəyişib

Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) baş verib.

QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.


Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti AzerTimes-a təsdiqləyib.

Araşdırma aparılır.

Teqlər: