AzTV-də “Muğam” müsabiqəsi başlayıb

Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start
verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən məlumata görə,
müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin
köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət
olunurlar. Sənəd qəbulu fevralın 28-dən başlayıb və martın 28-nə
kimi davam edəcək. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə
buraxılmırlar. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında
şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət
vəsiqəsinin surətini təqdim etməlidirlər.

Seçim turu keçiriləcək bölgələr: Naxçıvan MR, Bərdə, Gəncə,
Sabirabad, Xaçmaz, İsmayıllı, Şəki, Lənkəran.

Müsabiqəyə may ayının 10 da start veriləcək və həftədə 2 dəfə –
çərşənbə axşamı ilə cümə axşamı günlərində AzTV-də canlı
yayımlanacaq. Müsabiqənin keçiriləcəyi əsas məkan Beynəlxalq Muğam
Mərkəzidir. Sonrakı mərhələlərdə təlabatdan asılı olaraq bölgələrdə
də keçirilə bilər.

Yarışmanın münsiflər heyətinə Xalq artisti Səkinə İsmayılova,
Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Sərdar Fərəcov, Xalq
artisti Mənsum İbrahimov, Xalq artisti Nəzakət Teymurova, Xalq
artisti Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar
mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Müsabiqənin 15 həftə davam edəcəyi planlaşdırılır. Yarışmada
2-ci şeçim turundan keçmiş 20 nəfər iştirak edəcək.

Müsabiqəyə sənəd qəbulu ilə daha ətraflı məlumat bu linkdə:

http://www.aztv.az/index.php/az/news/18224/aztv-de-mugam-musabiqesi-baslayir

https://youtu.be/v71SeNXR6lg

https://youtu.be/I2KC-gRtBxA

Teqlər: