Azərbaycan Televiziyası (AzTV) və “ASAN xidmət”in birgə ərsəyə gətirdiyi bu layihə “Asan həyat” adlanır.
Trend xəbər verir ki, verilişin aparıcısı “ASAN FM”in rəhbəri, tanınmış teleaparıcı Emin Musəvidir.
Layihənin ərsəyə gətirilməsində məqsəd “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən mərkəzlər və qurumların işi barədə tamaşaçılara geniş məlumat verməkdir.
Verilişdə, həmçinin “YAŞAT” Fonduna ianələrlə bağlı suallara aydınlıq gətiriləcək, neçə ailəyə dəstək göstərildiyi ilə bağlı məlumatlar açıqlanacaq. Gələcəkdə isə diqqət müxtəlif xidmətlərə və ən çox verilən suallara ayrılacaq.
Hər ay iki yeni verilişin yayımı nəzərdə tutulur.
Verilişin ilk buraxılışı bu gün saat 19:30-da efirdə olacaq.