Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın rəhbər işçi heyəti Xankəndidə yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.
AzQAC-dan AzerTimes-a bildirilib ki, ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb, həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.
Daha sonra AzQAC-ın prezidenti Novruz Aslanov bu cür görüşlərin davamlı keçiriləcəyini, onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb.
Erməniəsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına təşəkkürlərini bildiriblər.