“Azpetrol” şirkəti müharibədə iştirak edən əməkdaşları ilə görüş keçirib

“Azpetrol” şirkətinin rəhbər heyəti 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirib.

Görüşdə “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov, torpaqlarımızın azadlığı uğrunda iştirak edən 200-dən çox əməkdaşının bir qismi və şirkətin digər üzvləri iştirak edib.

Ceyhun Məmmədov giriş nitqi ilə çıxış edərək müharibə iştirakçılarını salamlayıb, onlara göstərdiyi igidlik və şücaətə görə minnətdarlığını bildirib. C. Məmmədov vətən uğrunda qəhrəmancasına şəhid olan əməkdaşlara rəhmət diləyib və onların xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Görüşdə Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Həmçinin bu böyük qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi “Azpetrol” şirkətinin işçilərinin də öz payı olduğu vurğulanıb.

Tədbirdə müharibə iştirakçılarına şirkət tərəfindən Təşəkkürnamə və pul mükafatı təqdim edilib.

“Azpetrol”un şəhid olmuş əməkdaşlarının ailələrinə də şirkət tərəfindən uzunmüddətli 300 AZN müavinət verilməsinə başlanılıb.

Qarabağ Azərbayacandır!

Azpetrol- Daim inkişafa doğru!

Teqlər: