“Azpetrol” şirkəti ad günü münasibəti ilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

“Azpetrol” özünün 24-cü ili münasibəti ilə şirkətin rəhbərliyi və mərkəzi ofisinin işçiləri Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini ziyarət etmiş, məzarı önünə əklil qoymuşlar.

Məlumat üçün bildirək ki, “Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakının Tbilisi prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etmək və müasir avadanlıqlarla təchiz olunmuş 89 yanacaqdoldurma (benzin və dizel), 5 maye qazdoldurma (Propan-Butan), 4 STQ tipli (CNG) qazdoldurma (Sıxılmış təbii qaz), 17 elektromobillərin enerji ilə doldurulma məntəqəsi və 1 STQ tipli (CNG) terminalı fəaliyyət göstərir.

Azpetrol-Daim inkişafa doğru!

Teqlər: