“Azpetrol” Dövlət Məşğulluq Agentliyi ilə birgə Ramazan bayramı ərəfəsində xeyriyyə tədbiri keçirib (FOTO)

Aprelin 28-də “Azpetrol” şirkəti Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə
birgə qarşıdan gələn Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri
keçirib.

Korporativ sosial məsuliyyət çərçivəsində şirkət tərəfindən
Sumqayıt şəhərində yaşayan 70 aztəminatlı ailəyə ərzaq yardımı
edilib.

Yardımlar Agentliyin müvafiq ərazi üzrə filialının əməkdaşları
ilə birgə həmin ailələrin ünvanlarına aparılaraq çatdırılıb.

“Azpetrol” – Daim İnkişafa Doğru!

Əlaqə 957

Teqlər: