Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan
Türkiyə gəmisində yanğın baş verib. Yanğının ekipaj tərəfindən
söndürüldüyü bildirilirdi.
Yayılan məlumatlara əsasən, Vanuatu bayrağı altında üzən “Aqua”
adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan
vətəndaşı olan 13 nəfər olub. Hadisə nəticəsində bir nəfər həyatını
itirib.
Trend məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
ilə əlaqə saxlayıb.
XİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin məlumatlara
görə, sözügedən gəmidə Azərbaycan vətəndaşları olmayıb.