AzMİU-da yeni ixtisaslar açılıb (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura səviyyəsində yeni ixtisaslar açılıb. “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” proqamı üzrə dövlət sifarişi ilə 80 yer ayrılıb.

Proqramın məqsədi Azərbaycanın bütün regionlarının, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızın regional inkişafının iqtisadi, sosial, şəhərsalma, memarlıq planlaşdırılması və idarə edilməsi üçün mütəxəssis hazırlamaqdır. Bu proqrama aşağıakı ixtisasların məzunları sənəd verə bilərlər: Memarlıq, Şəhərsalma, Yer quruluşu, torpaq və şəhər kadastrı, İnşaat mühəndisliyi, Menecment, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat.

Məlumat üçün qeyd edək ki, sözügedən magistr proqramı 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Magistratura səviyyəsində yeni məzmun hazırlığı” adlı müsabiqədə qəbul olunan 7 magistr proqramı layihəsindən biridir.


Digər magistr proqramı “Şəhər infrastrukturunda yeni smart texnologiyalar” adlanır.

Teqlər: