AzMİU-da tələbələrə “Bir pəncərə” proqramı təqdim olunub (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Pəncərə”
– tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi,
təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək
proqramı çərçivəsində görüş keçirilib.

ATGTİ-nin proqram meneceri Nigar Hüseynova tədbiri açıq elan
etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib,
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru Orxan Naqdiyev “Pəncərə” proqramının əhəmiyyətindən
danışıb, tələbələrin təklif və iradlarının operativ
cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.

“Pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın
missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqqında danışıb.
Qeyd edib ki, layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət
edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər
sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin
məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını
almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da
gücləndirməkdən ibarətdir.

Daha sonra AzMİU-nun prorektoru Orxan Naqdiyev, ATGTİ-nin sədri
Pərviz Mirələmli və AzMİU TGT-nin sədri Tacir İsmayılzadənin
iştirakı ilə sual-cavab sessiyası keçirilib. Sessiya zamanı
tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin
fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata
keçirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.

Teqlər: