AzMİU-da millət vəkili Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının üzvü Naqif Həmzəyevin gənclərlə görüşü keçirilib. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Universitetin tələbələri iştirak edib.

AzMİU THİK-in sədri Bayram Aslanov “Azərbaycan gəncliyinin dünəni, bu günü, sabahı” mövzusunda keçirilən görüşü açıq elan edərək dəvəti qəbul edib 2 Fevral Gənclər Günündə tələbələrlə görüşə gələn millət vəkilinə təşəkkürünü bildirib. B.Aslanov tələbələri bayram münasibəti ilə təbrik edib, Azərbaycanda dövlətin gənclər siyasətindən, gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şəraitin yarasılmasından danışıb.

Çıxışına gəncləri təbriklə başlayan milllət vəkili görüş iştirakcılarına dövlətin gənclər siyasəti barədə məlumat verib, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə, gənclərə etimad göstərilməsinə diqqət çəkib. Naqif Həmzəyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşür. “Adətən cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Məhz bunu üçün gənclərimiz yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Gənclər də öz növbələrində dövlətin yaratdığı münbit şəraitdən istifadə etməklə həyatda özlərini təsdiq etməli, onlara yaradılan imkanlardan səmərəli faydalanmalıdırlar”. Deputat gələcəyin gənclərin əlində olduğu fikrini xüsusi vurğulayaraq iştirakçılara öz fəaliyyətindən, keçdiyi həyat yolundan danışıb, elm-təhsil, intellektual inkişafla bağlı müxtəlif tövsiyələr verib.


Diskussiya formatında davam edən görüş zamanı gənclər N.Həmzəyevə müxtəlif suallar ünvanlayıblar, məsləhətlər istəyiblər. Görüş iştirakcılari millət vəkili ilə xatirə şəkli cəkdiriblər.

Teqlər: