AzMİU-da Mərkəzi Bank əməkdaşları tərəfindən keçirilən təlimlər yekunlaşıb (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə
Azərbaycan Mərkəzi Bankı arasında olan razılaşmaya əsasən “Maliyyə
savadlılığı” layihəsi çərçivəsində 17-20 may tarixlərində keçirilən
təlimlər bu gün sona çatıb.

AzMİU-nun Xidməti sahələrin iqtisadiyyatı və menecment
kafedrasının təşkil etdiyi təlimlərdə Mərkəzi Bankın əməkdaşları –
Rauf Ağayev, Pərviz Quliyev, Ruqiyyə Hacızadə, Ülfət Yusifov,
Pərviz Hüseynov müxtəlif mövzularda məruzələr ediblər. Onların
hazırladıqları “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik”,
“Vətəndaşlar üçün sığorta xidmətləri”, “Rəqəmsal ödənişlərin
üstünlükləri” və “Əmanətlərin sığortalanması” mövzusunda olan
təqdimatlar Tikinti-iqtisad fakültəsində dərs deyən müəllimlər,
doktorantlar, magistrlər tərəfindən maraqla qarşılanıb.

Kafedradan verilən məlumata görə, yaxın günlərdə təlim
iştirakçılarına Mərkəzi Bank tərəfindən sertifikatlar
veriləcək.

Məlumat üçün qeyd edək ki, AzMİU ilə Azərbaycan Mərkəzi Bankı
arasında olan razılaşmaya əsasən, 2017-ci ildən Mərkəzi Bankın
əməkdaşları tərəfindən AzMİU-nun gənc müəllimləri, doktorant,
magistr və bakalavrlarına “Maliyyə savadlılığı” layihəsi
çərçivəsində mütəmadi olaraq seminar-təlimlər keçirilir.

Teqlər: