AzMİU-da Daun sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası keçirilib (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
Daun sindromlu uşaqlar üçün “Göy qurşağı” adlı xeyriyyə yarmarkası
keçirilib. “Yaxşı dostlar xromosom saymaz!” şüarı altında keçirilən
aksiyanın əsas məqsədi diqqətdən kənarda qalan bu uşaqların istər
mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin
etməkdir.

Yarmarkada Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində
fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzinin uşaqları da iştirak ediblər.

AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü
ilə təşkil olunan satış-sərgidə Universitetin müəllim və
əməkdaşları, tələbələri aktiv iştirak edib. Tələbələrin hazırladığı
bir-birindən fərqli, kiçik ölçülü kompozisiyalar, toxuculuq
nümunələri, müxtəlif muncuq, daş-qaşla işlənmiş qadın bəzək
əşyaları, gil, balıqqulağı və şüşədən suvenirlər, rəsm əsərləri
ziyarətçilərin marağına səbəb olub. Hər kəs daun sindromlu uşaqlara
az da olsa, dəstək olmaq üçün alış-veriş edib, maddi yardım
göstərib.

Yarmarkada nümayiş olunan əl işlərinə baxan AzMİU-nun rektoru,
professor Gülçöhrə Məmmədova tələbələrin təşəbbüsünü alqışlayıb,
belə aksiyaların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor
Daun Sindromlu Şəxslərin Reabilita

iya Mərkəzinin uşaqları ilə də tanış olub, onlarla söhbət
edib.
Qeyd edək ki, yarmarkada sərgilənən məhsulların satışından əldə
olunan vəsait Daun sindromlu uşaqların gündəlik ehtiyaclarının
ödənilməsinə yönəldiriləcək.

Teqlər: